SİYASƏT
Azərbaycan-Serbiya hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir
Bakı, 29 aprel (AZƏRTAC). Aprelin 29-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiç ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılmışdır.
Boris Tadiç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulamış, Serbiyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini qeyd etmişdir.