ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti ikinci ali təhsil almaq üçün qəbul elan edib

Bakı, 20 iyun, AZƏRTAC

Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti (AzTU) 2020/ 2021-ci tədris ilində ikinci ali təhsil almaq üçün qəbul elan edib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, qəbul 30 ixtisas üzrə aparılır. Hər bir ali təhsilli vətəndaş ikinci ali ixtisas təhsili ala bilər. Əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər. 1993–cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfində

n

tanındıqdan sonra universitetdə əlavə ixtisas təhsili almaq üçün müsabiqədə iştirak edə bilərlər. İkinci ali təhsil almaq istəyənlər AzTU-nun rəsmi saytının “Təhsil” bölməsində qeydiyyatdan keçə bilər. İkinci ali təhsil Azərbaycan dilində aparılır, ödənişlidir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun müqavilə əsasında ödənilir .

Sənədlər avqustun 31- dək qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.