ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində magistraturaya ixtisas seçimi yekunlaşıb

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də 2022/2023-cü tədris ili üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsində təhsil almaq istəyən bakalavrlar üçün ixtisas seçimi başa çatıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, ixtisas seçimi magistratura səviyyəsi və “SABAH magistratura” proqramına ümumilikdə 36 ixtisas üzrə keçirilib. Həmçinin MBA proqramına da ixtisas seçimi elan olunub. MBA proqramına qəbul yalnız ödənişli əsaslarla aparılıb.

Magistratura üzrə tədris proqramları universitetin əməkdaşlıq etdiyi Türkiyə və Avropanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılıb.

Universitetdə magistratura səviyyəsində əsasən tədqiqatlara üstünlük verilir ki, bu da tələbələrin gələcək karyeralarına müsbət təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.