ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetində yaz imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Elmi şurasının onlayn iclası keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, iclasda rektor, Elmi şuranın sədri İlham Mədətov pandemiya dövründə universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işlərdən bəhs edib, yaz imtahan sessiyasının təşkili məsələlərinə aydınlıq gətirib. Rektor, eyni zamanda, koronavirus pandemiyası ilə əlaqədar elan olunan xüsusi karantin rejimi şəraitində universitetdə onlayn formatda keçirilən tədrisin vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsi və gündəmdəki digər vacib məsələlərdən də danışıb. Bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı digər istiqamətlərdə görülən qabaqlayıcı tədbirlər kimi, təhsil sahəsində də mühüm addımlar atılıb.

Tədris metodiki şöbənin müdiri Simnar Mamedov 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məlumat verib. İclasın yekununda Elmi şura üzvləri tərəfindən Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər haqqında” Qərarına, Təhsil Nazirliyinin imtahanların təşkili ilə bağlı razılıq məktubuna müvafiq olaraq ATMU-da 2019/2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkil edilməsi qaydaları təsdiq edilib.

Həmçinin iclasda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.