ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri İsraildə peşəkar vərdişlərə yiyələnəcəklər

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali təhsil müəssisəsi ilə İsrailin turizm təşkilatları arasında mövcud əlaqələri gücləndirmək məqsədilə görüş keçirilib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Görüşdə vurğulanıb ki, 2008/2009-cu tədris ilindən indiyədək ATMU tələbələrindən 238-i İsrailin müxtəlif şəhərlərində fəaliyyət göstərən nüfuzlu otellərdə və turizm iaşə obyektlərində keçirdikləri istehsalat təcrübəsini uğurla başa vurub. Elə bu səbəbdən qarşıdakı tədris ilində də tələbələrin İsraildə istehsalat təcrübəsinin təşkili nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.