CƏMİYYƏT


Azərbaycan Türkiyə Cümhuriyyətinin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub

Bakı, 11 noyabr, AZƏRTAC

Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində nazirliyin əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə Abşeron yarımadasının Xocasən qəsəbəsində də kütləvi ağacəkmə aksiyası keçirilib.

Aksiyada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, Azərbaycanın və Türkiyənin digər dövlət rəsmilərinin iştirakı ilə 11 hektar ərazidə 11 min müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, nazirliyin təşkilatçılığı ilə ağacəkmə tədbirləri həm də Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də baş tutub, əsasən şərq çinarları əkilib və palıd toxumları səpilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.