İDMAN


Azərbaycan UEFA-nın reytinq cədvəlində mövqeyini qoruyub

Bakı, 27 noyabr, AZƏRTAC

Avrokubokların qrup mərhələsinin dördüncü turundan sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşmasından sonra cədvəldə heç bir yerdəyişmə olmayıb. Belə ki, mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” Avropa Liqasının dördüncü turunda Türkiyənin “Sivasspor” komandasına 2:3 hesabı ilə uduzaraq bu dəfə də reytinqə xal gətirməyib. Hesabında 16,625 xal olan Azərbaycan 26-cı sırada qərarlaşıb.

Qeyd edək ki, reytinq cədvəlinə 88,855 xalla İspaniya başçılıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.