ELM VƏ TƏHSİL
Azərbaycan Universitetinin tələbələri yaz semestrində Almaniyada təhsil alacaqlar
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Universitetinin tələbələri 2017/2018-ci tədris ilinin yaz semestrində Almaniyanın Koblenz Universitetində təhsil alacaqlar.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, biznes və iqtisadiyyat fakültəsinin tələbələri Ruzigar Şirinov və Elmixan Əliyev “Erasmus+” mübadilə proqramı çərçivəsində martın əvvəlində Almaniyaya yola düşəcəklər. Koblenz Universitetində akademik təcrübə də keçəcək tələbələrin təhsil aldıqları dövrdə qazandıqları kreditlər daha sonra Azərbaycan Universitetinə transfer olunacaq.
Tələbələr Almaniyada “Erasmus+” mübadilə proqramı əsasında dünyanın müxtəlif ölkələrindən gəlmiş xalqların mədəniyyəti ilə tanışlıq imkanı, ən əsası isə ingilis dilini inkişaf etdirmək istiqamətində zəngin təcrübə əldə edəcəklər.