Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Strasburqda qeyd olunub

Paris, 1 iyun, AZƏRTAC

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi qurumun iqamətgahında Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, təşkilatın ziyafət salonunda keçirilən qəbuldan əvvəl “Azərbaycanın gənc rəssamları Avropa Şurasında” adlı rəsm sərgisinin açılışı olub.

Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi səfir Emin Eyyubov dünyanın hər yerində azərbaycanlıların 28 mayı Respublika Günü kimi qeyd etdiklərini bildirərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən danışıb.

E.Eyyubov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyini, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquqlara malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, birinci Respublikanın ən mühüm nailiyyətlərindən biri də qadınlara səsvermə hüququnun verilməsidir.

Səfir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayıb. Müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib və qitələri birləşdirən böyük layihələrə imza atıb.

“Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamını xatırladan E.Eyyubov bunun bariz nümunəsi kimi bu bayrağın ölkəmiz hələ müstəqilliyini bərpa etməzdən öncə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasında qaldırıldığını bildirib. Üçrəngli bayrağımızın 2001-ci il yanvarın 25-də AŞ-na üzv olarkən Ümummilli Lider tərəfindən təşkilatın mənzil-qərargahının önündə ucaldığının əlamətdar bir hadisə olduğunu vurğulayıb.

Azərbaycanın dünyəvi, müasir və demokratik ölkə olduğunu diqqətə çatdıran səfir ölkəmizin uğurlu multikultural və multietnik cəmiyyət nümunəsi olduğunu, onun Avropa ilə Asiya arasında, habelə Avropa ilə müsəlman dünyası arasında körpü rolu oynadığını qeyd edib.

Səfir Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və bu il 10 illiyi qeyd edilən mədəniyyətlərarası dialoqla bağlı “Bakı Prosesi”nin əsasının 2008-ci ildə Bakıda qoyulduğunu bildirib.

Qeyd edib ki, birinci Respublikanın qurucuları bugünkü Azərbaycan Respublikasını görsəydilər onunla fəxr edərdilər. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli idarəçilik, sosial-iqtisadi, insan kapitalının inkişafına yönələn siyasət, eləcə də beynəlxalq münasibətlərdə artan nüfuzu ilə müstəqil, suveren və demokratik Azərbaycan birinci respublikanın dəyər və ideallarını reallaşdırıb. Birinci Respublikanın 100 illiyinin qeyd olunduğu tarixi bir məqamda geriyə nəzər saldıqda, əldə olunan nailiyyətlərin çox qürurverici olduğunu bildirib.

Azərbaycanın müstəqilliyinin əbədi olduğunu bildirən E.Eyyubov çıxışını Ulu Öndərin “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” kəlamı ilə bitirib.

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev rəhbərlik etdiyi təşkilatın xətti ilə belə bir təşkilatda Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil edilən belə bir mötəbər tədbirin və gənc azərbaycanlı rəssamların sərgisinin keçirilməsindən qürur duyduğunu bildirib.

Rəhbərlik etdiyi təşkilat haqqında və onun həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verən İ.Baxşəliyev “Dirçəliş” mərkəzinin 2010-cu ildən Azərbaycan mədəniyyətinin təbliği istiqamətində Avropanın müxtəlif şəhərlərində 15 sərginin təşkil edildiyini, bu sərgilərdə 250-dən çox rəssamın iştirak etdiyini və 1200-ə qədər eksponatın nümayiş olunduğunu qeyd edib. 16-cı sərginin Strasburqda ölkəmiz üçün çox əlamətdar bir gündə keçirildiyini vurğulayıb.

Tədbir çərçivəsində AŞ-ın ziyafət salonunda yerləşdirilmiş ekranda Bakı Media Mərkəzi tərəfindən hazırlanmış və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sənədli film, eləcə də ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən, xüsusilə Bakının “EXPO 2025” Ümumdünya Sərgisinə namizədliyinin təşviqindən bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti və ədəbiyyatına dair nəşrləri, “İRS” jurnalının və “Le Journal du Parlement” Fransa Milli Assambleyasının rəsmi jurnalının AXC-nin 100 illiyinə həsr edilmiş xüsusi nömrələri, eləcə də Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filminin video diskləri hədiyyə edilib.

Tədbirdə AŞ-ın baş katibi Torbyorn Yaqland və müavini xanım Qabriella Battaini Draqoni, qurumun yüksək vəzifəli şəxsləri, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimləri, təşkilat yanında və Strasburqda akkreditasiya olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, Strasburqda təhsil alan azərbaycanlı və xarici tələbələr, eləcə də diaspor təşkilatlarının təmsilçiləri iştirak edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar