İQTİSADİYYAT


Azərbaycan bu il ən çox hansı Körfəz ölkələri ilə ticarət əməliyyatları aparıb?

Bakı, 24 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsi 129,3 milyon ABŞ dolları, BƏƏ ilə 16,1 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 5,3 milyon dollar olub. İran və BƏƏ ilə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrünə nisbətən azalıb, Səudiyyə Ərəbistanı ilə artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 116,3 milyon dollar, BƏƏ-dən 11,6 milyon dollar, Səudiyyə Ərəbistanından isə 4,5 milyon dollar təşkil edib. Bu ölkələr ilə keçən ilin eyni dövrünə nisbətən idxal əməliyyatları azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.