SİYASƏT


Azərbaycan diasporu isveçli deputatları işğal olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkindirmişdir

Bakı, 2 dekabr (AZƏRTAC). Bütün dünya birliyi kimi, İsveç Parlamenti də bir milyondan çox azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarının tapdanması faktına laqeyd qalmamalı və onların əzəli torpaqlarına tezliklə qaytarılmasına kömək etməlidir.

AZƏRTAC xəbər verir ki, İsveç Azərbaycanlılar Konqresinin nümayəndələrinin İsveç Parlamentinin “Sol partiya” fraksiyasının 2006-cı ildə rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş üzvləri ilə görüşündə bu barədə söhbət olmuşdur.

Azərbaycan diasporunun üzvləri isveçli deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesində cari vəziyyət barədə məlumat vermiş, erməni tərəfin destruktiv mövqe tutmasını vurğulamışlar.

Konqres nümayəndələri 2012-ci ildə İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılmasının vacibliyini qeyd etmişlər.

İsveçli deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi haqqında materiallar, habelə xarici müəllif və ekspertlərin bu mövzuda kitabları təqdim edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair düzgün informasiyanın olmaması isveçli siyasətçilər arasında bu münaqişəyə qeyri-obyektiv və qərəzli münasibət formalaşmasına şərait yaratmışdır.

İsveç Azərbaycanlılar Konqresi belə hesab edir ki, bu görüş və tarixi materialların verilməsi erməni icması tərəfindən İsveçin siyasi elitası arasında saxta məlumatlar yayılmasına yol verməməyə, habelə İsveç parlamentinin üzvləri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin qarşısını almağa yönəlmiş təsirli addımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.