ELM VƏ TƏHSİL


Azərbaycan ilə Əlcəzair arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan ilə Əlcəzair arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 10 mart, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Abdelouahab Osman ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı səfir İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan hökuməti tərəfindən təsis olunan təhsil qrantı çərçivəsində 3 nəfər Əlcəzair vətəndaşına Azərbaycanda təhsil almaq imkanı yaradıldığına görə təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan ilə Əlcəzair arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.