SİYASƏT


Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi birgə layihələr bölgənin inkişafına və regional təhlükəsizliyə xidmət edir

Tbilisi, 2 dekabr, AZƏRTAC

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq, həyata keçirilən birgə enerji, nəqliyyat və sosial layihələr bölgənin inkişafına, xalqlarımızın sosial rifah halının yaxşılaşmasına, eləcə də regionda sülhün və sabitliyin təmin olunmasına xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin bu ölkənin barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani ilə görüşündə səslənib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilib. Səfir F.Quliyev dövlət nazirinin aparatı ilə gələcək əməkdaşlıq üzrə təkliflər irəli sürüb.

T.Axvlediani rəhbərlik etdiyi qurumun fəaliyyəti, həmçinin vətəndaş bərabərliyi və inteqrasiya sahəsində əldə olunan nailiyyətlər və bu istiqamətdə dövlət siyasəti və strategiyasının əsas vəzifələri barədə səfirə məlumat verib.

Müzakirələr zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq, həmçinin bölgədə sülh və sabitliyin önəmi vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.