İDMAN


Azərbaycan ilk dəfə aerobika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyasının (AGF) 2021-ci ildə təşkil edəcəyi ən irimiqyaslı yarış aerobika gimnastikası üzrə dünya çempionatıdır.

AGF-dən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi yarış mayın 27-29-da keçiriləcək.

Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa çempionatı isə ilk dəfə olaraq 2019-cu ildə təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açmağa hazırlaşır.

Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.