İQTİSADİYYAT


Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyuluşları genişləndiriləcək

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında işgüzar görüş keçirilib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və USACC İdarə Heyətinin sədri Reza Vəziri ölkələrimizin ticarət əlaqələri barədə məlumat verib, üçtərəfli əməkdaşlığın ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb, qarşılıqlı ticarət və investisiya əməkdaşlığının inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib, təmsil etdiyi qurumun fəaliyyəti, xarici investorların cəlb edilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Görüş çərçivəsində USAID, AZPROMO və USACC arasında üçtərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması və təşviqi işlərinin aparılması, Azərbaycan iqtisadiyyatına xarici sərmayə yatırımının genişləndirilməsi məsələləri əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.