İDMAN
Azərbaycan kapoeyraçıları Estoniyada uğurla çıxış ediblər
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan idmançıları Estoniyada keçirilən kapoeyra üzrə beynəlxalq turnir və hakimlik kursunda yüksək nəticə əldə ediblər.
AZƏRTAC xəbər verir ki, millimiz turnirdə 5 medal qazanıb. Komandamızın heyətində Nahid Ağazadə, Xuraman Ramazanova və Fəxri Məhəmmədlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərid Allahverdiyev gümüş, Vüsal Babayev isə bürünc medala sahib olublar.
Məşqçilərimizdən Nahid Ağazadə, Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmov beynəlxalq dərəcəli hakim adını qazanıblar.
Komandamız turnirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Kapoeyra Federasiyasının vitse-prezidenti Nahid Ağazadə və baş məşqçi Elgiz Əlizadənin rəhbərliyi altında mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [21:19]
Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]