İDMAN


Azərbaycan karateçiləri Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Bakı, 13 sentyabr, AZƏRTAC

Yeniyetmə və gənc karateçilərdən ibarət Azərbaycan milli komandasının üzvləri sentyabr 14-15-də Macarıstanda keçiriləcək XXII “Budapeşt Open” beynəlxalq turnirində iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə qadın komandasının baş məşqçisi Deniz Morozov ilə birlikdə 13 idmançı yer alıb. On dörd və on beş yaşlı yeniyetmələrdən Ramil Baxşəliyev və Fərid Savadov (52 kq), 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (55 kq), Əminağa Quliyev və Hüseyn Məmmədli (61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq), Namiq Quliyev (+76 kq), Fidan Dadaşova (48 kq), Polina Hurenko (53 kq), Ayla Rzazadə (59 kq) heyətə daxil ediliblər. İyirmi bir yaşadək gənclərdən isə Hümmət Baxşəliyev (67 kq), Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (50 kq) yarışlarda mübarizə aparacaqlar.

Macarıstandakı yarışın oktyabrın sonunda Çilidə təşkil olunacaq dünya çempionatına sınaq məqsədi daşıdığını bildirən Əməkdar məşqçi A.Allahverdiyev bu məqsədlə oğlanların sentyabrın ikinci yarısında İranın Urmiya şəhərində daha bir yarışda iştirak edəcəklərini söyləyib.

Qeyd edək ki, ənənəvi “Budapeşt Open” turnirinə 36 ölkədən 1875 karateçi qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.