İDMAN


Azərbaycan kikboksçusu “Glory 64” turnirində növbəti qələbəsini qazanıb

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan kikboksçusu Alim Nəbiyev Strasburqda təşkil olunan “Glory 64” turnirində növbəti döyüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” idman klubunun təmsilçisi, yarım orta çəki dərəcəsində mübarizə aparan Alim Nəbiyev hollandiyalı Murtela Qroenhart ilə qarşılaşıb. “Glory” seriyasının reytinq birincisi olan idmançımız görüşdən qalib ayrılıb - 4:1.

Qeyd edək ki, Azərbaycan kikboksçusu peşəkar rinqdə keçirdiyi 58 döyüşdən 51-də, “Glory” seriyasında keçirdiyi 6 görüşdən isə 5-də qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.