İQTİSADİYYAT


Azərbaycan məhsulları Berlində "Fruit Logistica" sərgisində nümayiş olunur

Bakı, 7 fevral, AZƏRTAC

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində "Fruit Logistica" meyvə-tərəvəz sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 9-dək davam edəcək sərgidə dünyanın 80-dan çox ölkəsindən olan 3000-dən çox şirkətin məhsulları nümayiş olunur.

Sərginin Azərbaycana aid pavilyonlarında Azərbaycan şirkətlərinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə sərginin ziyarətçilərinə təqdim edilir.

Qeyd edək ki, "Fruit Logistica" sərgisinin virtual kataloqlarında, meqa-bordlarında, bannerlərində Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, sərgidə "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunur, ziyarətçilərə müxtəlif çap materialları paylanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.