MƏDƏNİYYƏT


Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub VİDEO

Pekin, 22 aprel, AZƏRTAC

Dünyanın bir çox ölkələrində keçirilən "Acı və ədviyyatlı" festivalının Pekində təşkil edilən mərhələsində Azərbaycan mətbəxinin nümunələri, "Made in Azerbaijan" brendi ilə istehsal olunan kənd təsərrüfatı məhsulları nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, nüfuzlu "The Beijinger" jurnalının təşkilatçısı olduğu festival Pekində il ərzində keçirilən ən böyük qida festivalı hesab olunur. Ənənəvi illik tədbirdə 50-dən çox xarici və yerli qida şirkəti, restoranlar öz məhsullarını nümayiş etdiriblər.

Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin dəstəyi ilə xüsusi dizayn edilmiş stenddə milli mətbəximizin müxtəlif növ təamları, o cümlədən şah plov, lülə kabab, müxtəlif salat növləri təqdim olunub. Bundan əlavə, festival boyunca Azərbaycan şərabları və nar şirələri ilə bağlı təbliğat işləri aparılaraq iştirakçılara geniş məlumat verilib.

Məşhur memar Zaha Hadidin dizaynı əsasında inşa olunmuş "Galaxy SOHO"nun ərazisində keçirilmiş iki günlük festivalı 20 mindən çox pekinli və şəhərin qonaqları ziyarət edib.

Festivalda iştirak edən ölkələrin məhsulları haqqında "The Beijinger" jurnalının internet səhifəsində məlumat yerləşdirilib. Beləcə festivalı ziyarət edən qonaqlar əvvəlcədən festivalda nümayiş olunacaq yeməklər və məhsullar haqqında məlumatlı olublar. Jurnalının festivalın yekununa dair buraxılacaq xüsusi buraxılışında Azərbaycan şərabları haqqında geniş məqalə dərc olunacaq.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.