Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan polisinin 100 illik yubileyi cənub bölgəsində təntənə ilə qeyd olunub

Astara-Masallı-Lerik, 2 iyul, AZƏRTAC

İyulun 2-də Azərbaycan Polisinin 100 illik yubileyi ölkəmizin cənub bölgəsində təntənə ilə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astarada keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış olublar.

Tədbir rayon polis şöbəsində davam etdirilib.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev polis əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsində polis işçilərinin xidmətlərindən danışan Q.Ağayev Astara Rayon Polis Şöbəsinin kollektivinin də bu sahədə layiqli əməyinin olduğunu diqqətə çatdırıb.

Yubiley tədbirində Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon prokuroru Qabil Qasımov, Astara Rayon Məhkəməsinin sədri Zamin İbrahimov, Dövlət Təhlükəsizliyi Xidmətinin Astara rayon şöbəsinin rəisi Elxan Abışov, rayon veteranlar təşkilatının sədri Rafiq Əliyev, rayon ziyalılar cəmiyyətinin sədri Mircəfər Babazadə və başqaları çıxış edərək Azərbaycan Polisinin yarandığı gündən cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunmasındakı fəaliyyətini yüksək dəyərləndiriblər.

Rayon Polis Şöbəsinin məsul işçisi Ceyhun Abdulov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun peşə bayramı və yubiley münasibətilə şəxsi heyətə təbrik məktubunu oxuyub. Sonra Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi ilə bağlı məruzə dinlənilib.

Tədbirdə xidmətdə fərqlənən polis əməkdaşlarının bir qrupuna fəxri fərman, diplom və mükafatlar təqdim edilib.

x x x

Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Masallıda keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbirdə çıxış edərək rayonda xidmət edən polis əməkdaşlarına əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, Azərbaycan Polisinin keçdiyi çətin, məsuliyyətli və şərəfli yoldan danışıb.

R.Hüseynov 2 iyul - polis işçilərinin peşə bayramının 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə təsis olunduğunu, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Polisinin ictimai asayişin qorunması sahəsində əldə etdiyi nailiyyətləri qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 29 iyun tarixli Sərəncamına əsasən Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə və ölkədə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı, o cümlədən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov “Vətən uğrunda” medalı ilə təltif olunub.

Tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanovun Azərbaycan Polisinin 100 illik yubileyi ilə bağlı məruzəsi dinlənilib.

Yubiley tədbirində çıxış edən rayon prokurorunun müavini İlham Səlimov, rayon veteranlar şurasının sədri Məmmədağa Şiriyev və digərləri Azərbaycan Polisinin keçdiyi 100 illik tarixi yoldan, cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunmasında polis işçilərinin şərəfli əməyindən danışıblar.

Sonda səmərəli fəaliyyətinə görə fərqlənən şöbənin bir qrup əməkdaşına fəxri fərman və hədiyyələr təqdim olunub.

x x x

Lerikdə Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş ümumrayon tədbirində rayon icra hakimiyyətinin məsul işçiləri, Milli Məclisinin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Yubiley tədbirində çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıblar.

Polis orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən polis orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışan R.Bağırov Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Ümumrayon tədbirində rayon polis şöbəsinin rəisi, polis polkovniki Hüseynəli Məlikovun Azərbaycan Polisinin 100 illik yubileyi ilə bağlı məruzəsi dinlənilib.

Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov, rayon prokuroru Bəhruz İbrahimov, rayon məhkəməsinin hakimi Atabəy Kiçibəyov, Dövlət Təhlükəsizliyi Xidmətinin Lerik rayon şöbəsinin rəisi Mirzə Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, təqaüddə olan polis əməkdaşı Şahgəldi Əliyev çıxışlarında polis əməkdaşlarını bayram münasibətilə təbrik edib və onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda polis şöbəsinin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib