İQTİSADİYYAT


Azərbaycan sahibkarları Əfqanıstanda keçirilən tenderdə iştiraka dəvət olunurlar

Bakı, 24 may, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Əfqanıstan İslam Respublikasının ərazisində yerləşən mərmər, travertin, gips, kaolinit, boksit, zümrüd, lapis lazulit, rubin, sement yataqlarının işlənməsi ilə bağlı tender keçiriləcək. Əfqanıstan ölkəmizdə fəaliyyət göstərən sahibkarları tenderdə iştirak etməyə dəvət edir. Əməkdaşlıqda maraqlı olan iş adamları AZPROMO-ya müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.