SİYASƏT


Azərbaycan səfiri Ukraynanın “Pryamoy” telekanalında erməni təcavüzü barədə danışıb

Kiyev, 18 oktyabr, AZƏRTAC

Regionda vəziyyətin növbəti dəfə kəskinləşməsi bir səbəblə - Ermənistan tərəfindən dinc əhaliyə qarşı təxribatla bağlıdır. Moskva sazişinin mürəkkəbi qurumamış Ermənistan Gəncəyə ballistik raketlərlə zərbələr endirib. Sonra ikinci və nəhayət oktyabrın 17-də ən dağıdıcı zərbə. Hərbçilər tərəfindən dinc əhaliyə qarşı tətbiq edilməsi qadağan olunmuş “Elbrus” və “Toçka U” raket komplekslərindən buraxılmış ballistik raketlərlə Gəncə şəhərinin vəhşicəsinə atəşə tutulmasının qurbanlarının sayı artır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu sözləri Ukraynanın “Pryamoy” telekanalının efirində söyləyib.

Səfir dinc vətəndaşların vəhşicəsinə atəşə tutulmasını və mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyərək öz ədalətli mövqeyini növbəti dəfə nümayiş etdirmiş Ukraynaya təşəkkürünü bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.