SİYASƏT


“Azərbaycan səfirliyinə hücum xəbərini narahatlıqla qarşıladıq” – Braziliya XİN

“Azərbaycan səfirliyinə hücum xəbərini narahatlıqla qarşıladıq” – Braziliya XİN

Bakı, 28 yanvar, AZƏRTAC

Braziliyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı ölkəmizlə həmrəy olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Braziliya XİN-in yaydığı açıqlamada deyilir: “Braziliya hökuməti bu gün (ötən gün – red.) Azərbaycanın Tehrandakı səfirliyinin binasında baş vermiş və əməkdaşın ölümü ilə nəticələnən silahlı hücum xəbərini narahatlıqla qarşılayıb.

Braziliya beynəlxalq hüquqa əsasən diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunmasının vacibliyini xatırladır.

Braziliya hökuməti Azərbaycan hökuməti və xalqı, habelə həlak olanların ailələri ilə həmrəyliyini ifadə edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.