ELM VƏ TƏHSİL
Azərbaycan və Çin bayraqları - dostluq və əməkdaşlıq simvolları
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan və Çin bayraqları dostluq və əməkdaşlıq simvollarıdır” adlı tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunduğunu bildirib.
Tədbirdə Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva suverenlik rəmzi olan dövlət bayrağımız haqqında ətraflı məlumat verib. Daha sonra Konfutsi İnstitutunun əməkdaşı Vu Jingjing Çin bayrağının tarixindən danışıb.