Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan və İranın universitetləri arasında əlaqələr daha da inkişaf edəcək VİDEO

Bakı Dövlət Universiteti ilə Təbriz Universiteti arasında “Əməkdaşlıq Haqqında Memorandum” imzalanıb

Təbriz, 30 avqust, AZƏRTAC

Avqustun 29-də Təbriz Universitetinin 70 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə İranın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə İranın Elm və Tədqiqatlar Nazirliyinin nümayəndələri, parlamentin deputatları, Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliənnağı Hüseynov, Türkiyənin baş konsulu Çağlar Fəxri, Türkiyə, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov və Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak ediblər.

Təbriz Universitetinin rektoru professor Rza Purməhəmmədi çıxış edərək rəhbəri olduğu təhsil ocağının tarixindən, fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Qeyd olunub ki, Təbriz Universiteti İranın yüksək səviyyəli təhsil ocaqlarından biridir. Universitetdə tarix, ədəbiyyat, fizika-riyaziyyat, kimya-biologiya, tibb, hüquq və başqa fakültələr fəaliyyət göstərir. Bu fakültələrdə hər il minlərlə peşəkar mütəxəssis hazırlanır. Təhsil müəssisəsinin məzunları öz bilik və bacarıqlarına əsaslanaraq ölkə həyatının bütün sahələrində təmsil olunurlar. Universitet İranın Şərqi Azərbaycan vilayətinin ictimai-siyasi və iqtisadi həyatında da önəmli rol oynayır.

Sonra İranın elm və tədqiqatlar nazirinin müavini, Təbriz şəhərinin imam-cüməsi, Şərqi Azərbaycan vilayətinin valisi və başqaları çıxış edərək Təbriz Universitetinin elmin inkişafına verdiyi töhfələrdən danışıb, bu təhsil mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, son illər İran ilə Azərbaycan arasındakı münasibətlər bütün istiqamətlər, o cümlədən təhsil sahəsində də inkişaf edir. BDU Təbriz Universiteti ilə yanaşı, Tehran Universiteti ilə də sıx əməkdaşlıq əlaqələri yaradıb. Birgə proqramlar və qrantlar üzrə qarşılıqlı əlaqələr davam etdirilir, eləcə də tələbə mübadiləsi həyata keçirilir. Bunlarla yanaşı, doktorantlara birgə elmi rəhbərlik edilir.

Hər bir universitetin yubileyi həm də onun hesabatıdır. Təbriz Universiteti də 70 illik fəaliyyətinin hesabatını bu gün verir və tarixə nəzər saldıqda böyük uğurların əldə edildiyinin şahidi oluruq.

Rektor diqqətə çatdırıb ki, yeni elmi layihələr həyata keçirilərək birgə tədqiqatlar aparılır. Nanotexnologiyalar, ekologiya, molekulyar biologiya və başqa sahələrdə birgə layihələr üzrə elmi tədqiqat işləri davam etdirilir. Humanitar sahədə qarşılıqlı əməkdaşlığa toxunan Abel Məhərrəmov qeyd edib ki, uzun illərdir BDU-da fars dili və ədəbiyyatı üzrə böyük elmi məktəb yaradılıb. Elm sahəsində əməkdaşlıq xalqlarımızın tərəqqisinin əsasını yaradaraq onun inkişafına stimul verir. Cəmiyyətin inkişafında və yeni nəslin yetişməsində universitetlər mühüm rol oynayırlar. Qarşılıqlı əlaqələrin daim irəliləməsi ali məktəblərdə tədrisin və təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Bu baxımdan Bakı Dövlət Universiteti 100 illik yubileyi ərəfəsində dünyanın bir çox ölkələrinin, o cümlədən İranın ali təhsil məktəbləri ilə əlaqələrini intensivləşdirmək və daha da inkişaf etdirmək niyyətindədir.

Rektor Təbriz Universitetinin professor-müəllim heyətinə işlərində uğurlar arzuladı.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Təbriz Universitetinin 70 illik yubileyində Azərbaycandan iki akademikin iştirak etməsini hər iki dövlət arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin nəticəsi olaraq bu gün hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə, o cümlədən elm və təhsil sahəsində də inkişaf edir. Akademik İranın elmi mühitində Təbriz Universitetinin xüsusi yerinin olduğunu bildirib. Qeyd edib ki, uzun illər aparılan elmi tədqiqatların nəticəsidir ki, bu gün Təbriz Universitetinin müəllimlərinin məqalələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunur. Təbriz Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında yaradılan əlaqələrin tarixinə nəzər salan akademik İsa Həbibbəyli qeyd edib ki, bu əlaqələr universitetlərin futbol komandalarının oyunundan başlayıb. Bu gün isə hər iki universitet birgə elmi layihələr və tələbə mübadiləsi həyata keçirir. Tarixi ənənələrə malik olan Təbriz Universitetində yüksək səviyyəli kadrlar hazırlanır. Bu təhsil ocağı təsadüfən belə bir yüksək səviyyəyə çatmayıb. Universitetin inkişafında bir sıra alimlər, o cümlədən də Rza Purməhəmmədi əhəmiyyətli rol oynayıb. Ömrünün 20 ilini universitetə rəhbərlik etməkdə keçirən professor Rza Purməhəmmədi İranda savadlı və geniş dünyagörüşünə malik yeni nəslin yetişməsinə nail olub. Məhəmmədhüseyn Şəhriyarın, Şəms Təbrizin yubiley tədbirlərinin birgə keçirildiyini deyən İsa Həbibbəyli Azərbaycanın ali təhsil müəssisələri ilə Təbriz Universiteti arasında əməkdaşlığın davam edəcəyini bildirərək, ali məktəbin müəllim-professor heyətinə uğurlar arzuladı.

Yubiley tədbiri çərçivəsində universitetlər arasında qarşılıqlı elmi əlaqələri daha da inkişaf etdirmək üçün BDU rektoru akademik Abel Məhərrəmov və Təbriz Universitetinin rektoru professor Rza Purməhəmmədi “Əməkdaşlıq Haqqında Memorandum” imzalayıblar.

Sonra xatirə hədiyyələri təqdim olunub.

Tədbir Təbriz Simfonik Orkestrinin iştirakı ilə mədəni proqram ilə davam edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Təbriz

Azərbaycan və İranın universitetləri arasında əlaqələr daha da inkişaf edəcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib