Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Belqrad, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Aleksandar Vuçiçin
bəyanatı

- Hörmətli Prezident Əliyev.

Hörmətli dostlar, Azərbaycan hökumətinin hörmətli nazirləri, Serbiya Respublikasının hörmətli nazirləri, hörmətli jurnalistlər.

Bu gün Belqradda ölkəmizin əsl dostunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevi qəbul etməkdən çox şadam. Bu gün səhərdən etibarən bizim çox yaxşı müzakirəmiz oldu. Təəssüf ki, ümumi vəziyyətə görə o, ölkəmizdə daha uzun müddət ərzində qala bilmir, lakin inanıram ki, qısa müddətdən sonra əlimizə yenə də onu Serbiyada qəbul etmək fürsəti düşəcək.

Bizim Azərbaycanla bir çox oxşarlıqlarımız var. Hər iki ölkə öz ərazi bütövlüyünü qətiyyətli şəkildə qoruyub saxlayır və biz bir-birimizə beynəlxalq arenada, beynəlxalq təsisat və təşkilatlarda BMT Nizamnaməsinə və beynəlxalq ictimai normalara əməl edərək kömək edirik. Biz bu məsələdə bir-birimizə etibar edə bilərik.

Bu gün Prezident Əliyevdən bir çox məsələləri öyrəndik. Yalnız bir neçə ölkənin beynəlxalq hüquq normalarına riayət etməsindən başqa beynəlxalq hüquqdan çox az bir şey qalıb. Biz buna əməl etməyin gələcəyimiz üçün yeganə imkan və seçim olduğunu düşünürük. Bu gün biz Azərbaycanla Birgə Bəyanatı, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandumu imzaladıq. Biz bu əməkdaşlığı yeni müstəviyə qaldırdıq. Bu gün biz bütün vacib məsələləri müzakirə etdik. Bu məsələlər arasında enerji sahəsində əməkdaşlığın necə aparılması məsələsi də yer almışdır. Qazın istehsalı və ixracına gəldikdə, Azərbaycan qüdrətli ölkədir, yeddi, səkkiz və on ildən sonra Azərbaycan 35 milyard kubmetrdən daha çox qaz ixrac edəcək. Bu gün qaz ixracı təxminən 22 milyard kubmetr təşkil edir. Bu həcmin yarısından çoxu Avropa ölkələrinə nəql olunur. Məhz buna görə biz Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində çalışırıq ki, Bakıdakı dostlarımızın ixrac etdiyi əhəmiyyətli qaz həcmlərini təchiz edə bilək. Biz elektrik enerjisinin verilişini müzakirə etdik. Çünki Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsi var. Biz Avropadan olan tərəfdaşlarımızın bu layihəyə qoşulmasını müzakirə edəcəyik. Çünki burada elektrik xətti suyun altından çəkiləcək. Xətt Qara dənizin altından keçir ki, bizim paylayıcı şəbəkə Rumıniya və Macarıstanın paylayıcı şəbəkəsinə müvəffəqiyyətlə qoşula bilsin, nəticədə biz gələcəkdə təhlükəsiz şəkildə elektrik enerjisini ala bilək və ölkəmizin elektrik enerjisi ilə bağlı tam təhlükəsizliyini təmin edək. Bu, həmçinin ölkəmizdə sənaye istehsalının genişlənməsi və vətəndaşlarımızın artan ehtiyacları ilə bağlıdır. Bizə bu enerji təhlükəsizliyi lazım olacaq və biz Azərbaycandan olan dostlarımıza, xüsusilə Prezident Əliyevə buna görə minnətdarıq. Əlbəttə ki, Serbiya etibarlı tərəfdaşdır və mən bir az bundan əvvəl bir zarafat etdim. Prezident Əliyev bizim ərazimizdən Tartak, Prelinaya yolun çəkildiyini gördükdə buna inana bilmədi. Bu Prelina hissəsi onlar tərəfindən tikilmişdir. Bu, həqiqətən də çətin hissə idi və onlar işi vaxtında, heç bir gün də gecikmə olmadan təhvil verdilər. Bu da bizim üçün qəribədir. Onlar bir il yarım bundan əvvəl 2011-ci ildə götürdüyümüz bütün borcu geri ödədiyimizə görə təəccübləndilər. Biz bu borcu tam şəkildə əvvəlcədən ödədik, çünki ölkələr adətən bunu etmirlər. Lakin Serbiya borcları ödəmək üçün imkanımız olduqda belə məsələlərə alışıb. Mən bunu nəyə görə deyirəm, çünki bu baxımdan bizim də bildiyimiz kimi Azərbaycan Serbiyanın etibarlı tərəfdaş olduğunu bilir. Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır.

Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir.

Biz bir çox başqa mühüm məsələləri müzakirə etdik, gübrə çatışmazlığı, neft-kimya müəssisələrinin fəaliyyəti barədə danışdıq, bir çox başqa məsələləri - hərbi-texniki əməkdaşlığı, nazirliklər arasında bir çox başqa məsələləri, beynəlxalq arenada əməkdaşlığın gələcək inkişafı üçün məsələləri müzakirə etdik. Bütün səviyyələrdə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində, iki ölkənin nazirlikləri tərəfindən bu gün imzalanmış əmək, sosial müdafiə sahəsində mühüm razılaşmalar var. Biz müzakirələri davam etdirəcəyik. Bizim üçün olduqca əhəmiyyət kəsb edən bir neçə məsələni müzakirə etmək üçün qarşıdakı 20 gündə mənim Bakıya, Azərbaycana qeyri-rəsmi, lakin mühüm səfərim gözlənilir. Məni bu gün əsası qoyulmuş strateji tərəfdaşlığı çox konkret razılaşmalar və əməli addımlarla dərinləşdirmək üçün Serbiya hökumətinin bir neçə naziri müşayiət edəcək. Görürəm ki, bu, zarafat deyil, baxmayaraq ki, kiməsə zarafat kimi görünə bilər, İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. Mən həqiqətən şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir. Qoy başqaları düşünsün ki, onlar dəyişiblər ya yox, yanaşma və prinsiplərini dəyişiblər ya yox.

Serbiya kiçik ölkədir. Bizim qazımız yoxdur. Bizim litiumumuz var. Lakin biz yeganə ölkəyik ki, dünya miqyasında litium istehsalını əldən vermişik, daha ağıllı insanlar hakimiyyətə gəldikdə bu işi yerinə qoyacaqlar. Ölkəmizin təhlükəsizliyini təmin edəcəyik, ən azı cənab Əliyevin Azərbaycan üçün etdiklərinin yarısını edəcəyik. Biz ölkəmizin həqiqi dostunun kim olduğunu hər zaman görmüşük və onlarla əməkdaşlığımızı inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Mən çox şadam və günün qalan hissəsini, həmçinin Azərbaycandakı görüşlərimizi səbirsizliklə gözləyirəm. Burada, Belqradda daha bir görüşü səbirsizliklə gözləyirəm. O zaman mən Azərbaycan Prezidentindən ölkəmizdə daha çox qalmağı xahiş edəcəyəm, çünki ölkəmizdə ən azı bir gecə qalmasanız bizim xətrimizə dəyər. İnanırıq ki, qonaqpərvərliyimizi nümayiş etdirə bilərik. İnanırıq ki, özünüzü Avropada heç yerdə olmadığı kimi Serbiyada evinizdəki kimi hiss edəcəksiniz. Bir daha təşəkkür edirəm, xalqınıza ən xoş arzularımı çatdırıram.

Qarşıda bizi çox işlər gözləyir və mən bu gün imzaladığımız bütün sənədlərə görə çox xoşbəxtəm və bilirəm ki, hələ çox işlər görüləcək. Biz Azərbaycan və Serbiya xalqlarının, vətəndaşlarının maraqları və rifahı naminə daha çox iş görə biləcəyik. Bir daha təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Gözəl ölkənizə dəvətə görə də Sizə minnətdaram. Eyni zamanda, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə də Sizə təşəkkürümü bildirirəm. Bu, əsl dostun sözləridir. Bizi Prezident Vuçiç ilə dostluq əlaqələri bağlayır və hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır.

Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var.

Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir. Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq. Eyni zamanda, Prezident Vuçiçin beynəlxalq təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi. Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir? Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik. Ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür.

Biz nəticə etibarilə görəndə ki, bütün bu səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə etdik. Beynəlxalq hüquq bu imkanı bizə verirdi, BMT-nin Nizamnaməsi bu imkanı bizə verirdi, özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana. Biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və artıq iki ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadratkilometrdən böyük olan ərazini yenidən qurur.

Biz, əlbəttə ki, bu və digər məsələləri ölkələrimizin maraqlarının prizmasından təhlil edirik və bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır.

Bir sözlə, biz bu gün növbəti illər üçün bir gündəlik tərtib etdik. Əlbəttə ki, prezidentlər bu gündəliyi diqqətdə saxlayacaqlar, bu məsələlərin icrasına nəzarət edəcəklər. Bunu daha operativ və səmərəli şəkildə etmək üçün əlbəttə ki, biz tez-tez görüşməliyik.

Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər və ondan sonra, əlbəttə, mən də yenidən gələcəyəm. Mənim Serbiyaya səfərim bir qədər uzandı, yəni, bir qədər gecikdi. Çünki Prezident Vuçiç üç il yarım bundan əvvəl Azərbaycanda idi. Mən də cavab səfəri etməli idim. Amma COVID-in müdaxiləsi nəticəsində bir qədər ertələndi. Amma yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq. Qonaqpərvərliyə və diqqətə görə bir daha təşəkkürümü bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Ulu Öndərin doğum günü münasibətilə geni konsert proqramı hazırlanıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir  YENİLƏNİB CANLI

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Ayın üzərində il reklam yerləşdirilib

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib