Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Zəngilan, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, komplekslə tanışlıq zamanı prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırdılar.

Jurnalist: Xeyirli-uğurlu olsun.

Prezident İlham Əliyev: Salam.

Jurnalist: Bir il əvvəl gələndə də açılış var idi.

Prezident Rəcəb Tayyib Ərdoğan: O vaxt daha yeni təməllər qoyulurdu. Baxın, indi necə olub?

Jurnalist: Yaşıl sahəyə çevrilib.

Prezident Rəcəb Tayyib Ərdoğan: Heyvanlar da gətirildi xaricdən. Həm bunları çoxaldırlar, həm də kəsim aparılır. Abdulkadir də burada məsul şəxsdir.

Jurnalist: Cənab Prezident, kompleks daha da böyüyəcəkmi?

Prezident İlham Əliyev: Abdulkadir bəydən asılıdır.

Prezident Rəcəb Tayyib Ərdoğan: Rəhbər odur, o, necə istəsə, elə də olacaq.

Abdulkadir: Təbii ki, böyüyəcək. İnşallah, Laçında davam edəcəyik.

Prezident İlham Əliyev: Təbii ki, böyüməlidir. Çünki cəmi bir il ərzində belə böyük işin görülməsi artıq gözəl bir nümunədir.

Prezident Rəcəb Tayyib Ərdoğan: Dünya artıq kənd təsərrüfatına, heyvandarlığa yönəlib. Başqa çarələri yoxdur.

Prezident İlham Əliyev: Keçən il biz burada idik. Boş bir sahə idi, heç nə yox idi. Keçən ilin oktyabr ayında təməlini qoyduq. İndi baxın, bir il keçib, görün, nə qədər gözəl işlər görülüb.

Jurnalist: Bundan sonra hava limanı harada açılacaq?

Prezident İlham Əliyev: Laçında.

Jurnalist: Nə zaman açılacaq?

Prezident İlham Əliyev: 2024-cü, yaxud 2025-ci ildə ola bilər.

Prezident Rəcəb Tayyib Ərdoğan: O qədər də uzatma.

Prezident İlham Əliyev: Çünki orada bir dənə də düz yer yoxdur. Böyük torpaq işləri görməliyik. Çünki uçuş-enmə zolağını salmaq üçün biz dağları kəsirik. Odur ki, əsas vaxt ona gedir. Hələ ki, inşaat işləri başlanmayıb. Hələ biz bir il o dağları kəsə-kəsə gedirik. İnşallah, iki ildən, bəlkə də iki il yarımdan sonra Laçında da hava limanı olacaq. İnşallah, Qardaşım da gələcək, bərabər açacağıq.

Prezident Rəcəb Tayyib Ərdoğan: İnşallah.

Sonra dövlət başçıları komplekslə tanış oldular.

Məlumat verildi ki, layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Hər iki prezidentin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Dost Aqropark”ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış heyvanlardan alınan ət məhsullarının paketlərinin üzərinə “Made in Qarabağ” etiketlərinin ilk nümunələrini vurdular.

Dövlət başçıları “Dost Aqropark”ın nəzdində yaradılan Zəngəzur Ağır Atletika Klubunun açılışında da iştirak etdilər. Açılış mərasimində Türkiyənin və Azərbaycanın ağır atletika üzrə milli komandalarının üzvləri, klubun həvəskar idmançıları prezidentlərlə söhbət etdilər.

Diqqətə çatdırıldı ki, “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdiriləcək. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.

Qeyd edək ki, “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb.

Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.

X X X

Daha sonra konsert proqramı təqdim edildi və kompleks barədə videoçarx nümayiş olundu.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış etdilər.

Prezident İlham Əliyev dedi:

- Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür. Qardaş ölkənin sayın Cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdır.

Əziz qardaşımı və onunla bərabər Azərbaycana gəlmiş bütün türk bacı-qardaşlarımızı səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz!” deyirəm. Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada “Aqropark”ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir.

Burada qeyd olundu ki, bu gün Zəngilan üçün xüsusi bir gündür. Düz iki il bundan əvvəl oktyabrın 20-də Zəngilan şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmişdir. Zəngilanın 27 illik işğalı sona çatmışdır. Məhz bu gündə Zəngilanda olmağınız, əziz qardaşımla bərabər Zəngilan Hava Limanının və bu “Aqropark”ın açılışını etməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır. Bu “Aqropark”ın yaradılmasında əməyi olan hər bir kəsə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Burada qeyd olundu ki, bu, birinci özəl sərmayədir. Artıq bu “Aqropark”ın genişləndirilməsi və digər rayonlarda bu kimi aqroparkların yaradılması bu gün də müzakirə edilmişdir. Xeyirli olsun, uğurlu olsun!

X X X

Prezident Rəcəb Tayyib Ərdoğan dedi:

- Hörmətli qardaşım İlham Əliyev ilə birlikdə bir il əvvəl burada bu “Aqropark”ın təməlini qoymuşduq. İndi qardaşımla birlikdə görülən işləri, qoyulan sərmayəni bu gün birlikdə gözlərimizlə gördük. İndiyədək təxminən 3 min baş cins qaramalın buraya gətirilməsini və bunun, İnşallah, hədəf olaraq 10 min başa çatdırılmasını, haradan-haraya deyərək müəyyən etdik.

Müharibəni görmüş və bu müharibə nəticəsində insanların yaşayışı üçün tamamilə yararsız hala salınmış bu yerlər indi bərəkətli torpaqlara çevrilib. Gələrkən İlham qardaşımla bu barədə danışdıq, indi qısa vaxtda - iki-iki il yarım ərzində su anbarını da inşa edəcəyik dedi. Bu anbar sayəsində buralar daha bərəkətli torpaqlara çevriləcək. Bu bərəkətli torpaqlarda, İnşallah, heyvandarlıqla yanaşı, buğda, qarğıdalı, arpa yetişdiriləcək.

Səhv etmirəmsə, Yunus Əmrə şeirlərinin birində yazırdı ki, Allah bir buğda dənəsindən, bir sünbüldən yüz minlərlə dənə yaradır. İndi burada da bunun bənzərini görəcəyik. Bu sünbüllər, İnşallah, dənələrə çevriləcək və buradan Azərbaycana, Türkiyəyə və bütün dünyaya göndəriləcək. Bunu unutmayaq, artıq heyvandarlığın, kənd təsərrüfatının dünyada mühüm yer tutmalı olduğu bir zamana giririk. Əminəm ki, İlham qardaşım bu sahədə çox önəmli bir addım atır, bunu reallaşdırır. Bura artıq bir taxıl anbarı, heyvandarlıq baxımından bir bərəkət tarlası və bir çox ölkənin də, İnşallah, qapısını döyəcəyi bölgəyə çevriləcək.

Mən başda İlham qardaşım olmaqla “Dost Aqropark”ın rəhbərlərinə çox-çox təşəkkür edirəm, onları təbrik edirəm.

İnşallah, bu torpaqların bərəkətli torpaqlar olaraq əbədi qalmasını diləyirəm.

Gördüyünüz kimi, indi əlimdə qızıl qulplu qayçı var. Bu, ikincidir. Hava limanını açarkən bir dənə aldıq, birini də indi aldıq. Aqroparkımız xeyirli olsun.

x x x

Daha sonra dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Misir XİN: Fələstinlilər Qəzzada qalmalıdırlar

Üç girov azad edilərək İsrail hərbçilərinə verilib

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür

Yaşadığı evdən 3000 manatlıq oğurluq edən kirayənişin polis tərəfindən saxlanılıb

Tibb ixtisasının açılması Qarabağ Universitetinin beynəlxalq reytinqini artıracaq – ekspert

İrakli Kobaxidze: Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər

İlin ilk “Kənddən şəhərə” həftəsonu yarmarkasından REPORTAJ

Naxçıvanda məktəblilər arasında II kimya-biologiya olimpiadasının final turu keçirilib

Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimi və dialoqunda iştirak edirlər

Sinqapurun “GovInsider” təşkilatının saytında Azərbaycanın DOST modeli barədə məqalə dərc edilib

Gürcüstan ətraf mühitin mühafizəsi ilə bağlı bəzi qanunları sərtləşdirir

Ağsuda sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

USAID-in ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır - ŞƏRH

Proqnoz: Sabah qar yağacaq

Türkiyədə İŞİD və PKK üzvləri saxlanılıb

Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq

Aleksandr Kovalenko: Bu çətin şəraitdə Azərbaycanın Ukraynaya dəstəyi əvəzsizdir VİDEO

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Polis Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlayıb

Qara dənizə mazut axıdılması nəticəsində 84 delfin tələf olub

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Xankəndidə şagirdlər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb

Türkiyədən Antarktikaya növbəti elmi-araşdırma səfəri başlayıb

Beynəlxalq hava limanı: Uçuşların təhlükəsizliyi tam təmin olunur, bütün reyslər cədvəl üzrə həyata keçirilir

Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq məsələləri müzakirə edilib

FHN: Ötən gün 33 yanğına çıxış olub, 9 nəfər xilas edilib

USAID-in fəaliyyətinin dayandırılması sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir - ŞƏRH

Xətai rayonunda əl qumbarası aşkarlanıb

“Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib

Sosial Xidmətlər Agentliyi: Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

Polis əməkdaşları vətəndaşlardan 1 qumbara, 10 tüfəng götürüblər

Bakıda Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib VİDEO

Ötən gün ümumi çəkisi 20 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının açılışı olub FOTO

Keçən il 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib

Şimal bölgəsində dörd yeni məktəb binası inşa olunur

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1116 şikayət daxil olub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb VİDEO

Hazırda ölkəmizdə 2503 vəkil fəaliyyət göstərir

Azərbaycan nümayəndə heyəti Türkiyədə yaşıl enerji sahəsində dördtərəfli əməkdaşlıq iclasında iştirak edib

Rusiya ABŞ-a ən çox gübrə ixrac edən ikinci ölkə olub

MN: Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Dağlıq rayonlara qar yağır, bəzi ərazilərdə güclü şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

AZAL-dan bütün istiqamətlərə 25 faiz endirim kampaniyası

Hava şəraiti ilə əlaqədar sərnişin və yük qatarlarının sürət həddi endirilib

Yeni nevroloji tədqiqat qorxu reaksiyalarını idarə edən beyin bölgələrini müəyyənləşdirib

Alyaskada itmiş təyyarədə olan 10 nəfərin hamısı ölüb YENİLƏNİB

Şolts: NATO-nun Qrenlandiyada mövcudluğu artırılmalıdır

Məşhur avtomobil istehsalçısı “Porsche” böhranla üzləşib

Tramp Putinlə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb

Böyük Britaniyada diabet xəstələrinin sayı rekord həddə çatıb

Yaponiyalı mütəxəssis: Egey dənizindəki seysmik aktiv bölgədə 7,5 bal gücündə zəlzələ ola bilər

Dağ velosipedi üzrə Avropa çempionatı Höteborqda keçiriləcək

Bundesliqa: “Bavariya” Münxendə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib

İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı çıxmayıb

ABŞ hərbi xərcləri azaltmaq niyyətindədir

“Bloomberg”: Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları dayandıra bilər

Araşdırma: Tütün və alkoqolun azaldılması xərçəng hallarının qarşısını ala bilər

Tamar Çiburdanidze: USAID dezinformasiyalar yaymaqla hibrid müharibə aparırdı

Zaqatalada avtomobil aşıb, iki nəfər yaralanıb

İtaliya sahillərində güclü zəlzələ olub

Tramp USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib

İsrail fevralın 8-də 183 fələstinli məhbusu azad edəcək

Azərbaycanlı rejissor Qazaxıstanda türkiyəli dramaturqun pyesini səhnələşdirib

Tramp gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır

“Azərişıq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana mediatur təşkil edib

Şəkidə fərdi yaşayış evində yanğın baş verib

İsveç hökuməti odlu silahlara lisenziya verilməsi qaydalarının sərtləşdirilməsini təklif edir

® Yeni bir dövrün başlanğıcı: Bir ekosistem ictimaiyyətə təqdim olundu

Türkiyəli ekspert: Paşinyanın ziddiyyətli bəyanatı Ankara ilə aparılan danışıqlara zərbə vurur

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

USAID-in taleyi: Konqresdə böyük mübarizə gözlənilir - ŞƏRH

Azərbaycan və Karib Ölkələri Birliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Britaniyada “TikTok” məhkəməyə verilib

Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb

® “Unibank” işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb

İzmirdə Azərbaycan ilə Türkiyənin iş adamları birgə fəaliyyət imkanlarını müzakirə ediblər

Adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin sayı açıqlanıb

“DeepSeek” xidmətinin istifadəsinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib VİDEO

Ərdoğan: 2028-ci ildən sonra yeni bir İstanbul, yeni bir Türkiyə inşa edəcəyik

Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb

Serbiya-Macarıstan neft kəmərinin tikintisinə ilin sonu başlanacaq

Xarici İşlər Nazirliyinin 2025-ci il üzrə əsas prioritetləri müzakirə olunub

® “Biznes proseslərində güvən, sürət və innovasiya” adlı innovativ rəqəmsallaşma həlləri mövzusunda konfrans keçirilib

XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirilib

Britaniya hökuməti “Apple” istifadəçilərinin şifrələnmiş məlumatlarına giriş tələb edib

Almaniyada ixracın və sənaye istehsalının həcmi azalıb

Beynəlxalq tədbirin iştirakçıları Azərbaycanda kosmik hava fəaliyyətləri barədə məlumatlandırılıb

Mirsalam Qənbərov: Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması zamanı ətraf mühit normalarına diqqət yetirilməlidir

Müstəqilliyimiz əbədidir: Gənclər Azərbaycanın gələcəyidir

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan sərgi açılıb

Qəbələnin iki kəndində həkim məntəqəsi əsaslı təmir olunub

Andras Laszlo: USAID və ona bağlı fondlar bir çox ölkələrin siyasətinə müdaxilə edib

Avropa çempionatı: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İlon Maskın AfD-yə dəstəyindən sonra Almaniyada “Tesla” avtomobillərinin satışları xeyli azalıb

BSU-da müasir avadanlıqlarla təchiz olunmuş mərkəz və laboratoriyalar tələbələrin istifadəsinə verilib

Fransanın Mərkəzi Afrika Respublikasında yeni təzyiq aləti - humanitar proqramlar və QHT-lər

Əmanətlərin Sığortalanması Fondu bu günədək ödədiyi kompensasiyanın məbləğini açıqlayıb