ELM VƏ TƏHSİL


Azərbaycan və Türkiyə tədqiqatçıları nanomateriallarla bağlı səmərəli elmi müzakirələr aparıblar

Bakı, 25 yanvar, AZƏRTAC

Türkiyənin Əskişəhər Texniki Universitetinin Mühəndislik fakültəsinin Kimya mühəndisliyi kafedrasının professor-müəllim heyətindən ibarət nümayəndə qrupu “Erasmus+ KA107” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, inkişaf və innovasiyalar üzrə mükəmməllik mərkəzinin nəzdindəki Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Kimya mühəndisliyi kafedrasının professoru Elif Kaynak Uraz kafedranın tədris planı və beynəlxalq əməkdaşlığından bəhs edib.

Dosent Yeşim Güçbilmez kimya mühəndisliyində riyazi modelləşdirmə fənninin proqramı və tədrisi ilə bağlı geniş təqdimatla çıxış edib. Eyni zamanda, tədris zamanı tətbiq olunan yeni texnologiyalar haqqında məlumat verilib.

Sonra Yeşim Güçbilmez “Nanomateriallar və oksidləşmə reaksiyaları” mövzusunda mühazirə oxuyub.

Türkiyə və Azərbaycan tədqiqatçıları arasında nanomaterialların sintezi və tətbiqi ilə bağlı səmərəli elmi müzakirələr aparılıb. Professor Mustafa Muradov qonaqlara nanoaraşdırmalar və sənaye kimyası elmi-tədqiqat laboratoriyaları, habelə BDU-nun kafedralarının təhsil və elmi fəaliyyəti barədə məlumat verib.

Türkiyəli tədqiqatçılar iki universitet arasında əməkdaşlıq və ortaq layihələr məsələlərini müzakirə etmək məqsədilə qeyd olunan laboratoriyaların əməkdaşları – professorlar Ülviyyə Həsənova, Rasim Alosmanov, Ofeliya Balayeva və digər tədqiqatçılarla görüş və seminarlar keçiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.