RƏSMİ XRONİKA


Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü VİDEO

Zaqreb, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı.

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin