İDMAN


Azərbaycan velosipedçisi növbəti lisenziya xalları qazanıb

Azərbaycan velosipedçisi növbəti lisenziya xalları qazanıb

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycanın şose velosipedi üzrə elit yığması və “Synergy Baku” kontinental komandasının üzvü Maksim Averin Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “Umag Trophy” yürüşündə uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, o, 161 kilometrlik məsafəni 3 saat 25 dəqiqə 16 saniyəyə başa vuraraq 2-ci yeri tutub.

Yağışlı hava şəraitində baş tutan yürüşün son 20 kilometri xüsusilə çətin alınıb. Belə ki, ardıcıl toqquşmalar bir neçə velosipedçinin yarışı yarımçıq dayandırması ilə nəticələnib. Velosipedçimiz bütün bu toqquşmalardan qaça bilib və finişi 10 nəfərdən ibarət pelotunun içərisində keçib. Fotofinişə əsasən, velosipedçimiz yekun sıralamada 2-ci olub. Bu isə Maksim Averinə “Rio-2016” Yay Olimpiya Oyunları üçün aktivinə daha 30 reytinq xalı yazmağa imkan verib. Xatırladaq ki, idmançımız martın 1-də Xorvatiyada təşkil olunmuş digər yarış – “İzola” Qran-prisində 5-ci olmaqla 10 xal qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.