ELM VƏ TƏHSİL


“Azərbaycan xalçaları” elmi-publisistik jurnalı məqalə qəbulu elan edir

Bakı, 16 aprel, AZƏRTAC 

“Azər-ilmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı 30-cu nömrəsi üçün tarix, etnoqrafiya, arxeologiya, sənətşünaslıq, mifologiya, folklor, iqtisadiyyat və digər mövzularda Azərbaycan, ingilis və rus dillərində elmi, elmi-publisistik məqalələrin qəbulunu elan edir.

Məqalələrin yazılışına dair tələblər:

- Məqalələr çap şəklində, elektron daşıyıcıda və e-mail vasitəsilə ([email protected]) qəbul olunur;

- Məqalələrin həcmi mövzunun əhatə dairəsindən asılı olaraq dəyişir;

- Elmi məqalələrdə müəllifin adı, soyadı, iş yeri, elmi dərəcəsi və e-mail ünvanı göstərilməli, ingilis və rus dillərində xülasələr, açar sözlər, UOT kod verilməlidir;

- Xülasə 150, açar sözlər 10 sözü keçməməlidir;

- Şəkillər (jpg) yüksək keyfiyyətli, qrafik və cədvəllər düzgün tərtibatlı olmalıdır;

- Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kodlaşdırılmalıdır;

- Məqalələr, xülasə və açar sözlər “Winword” proqramında, “Times New Roman” şrifti, ara məsafəsi 1,5 olmaqla, 14 punto ölçüsündə yazılmalıdır;

- Elmi dərəcəsi olmayan müəlliflərin məqalələri iki elmi rəylə birlikdə təqdim olunmalıdır;

- Yalnız elmi və üslubi cəhətdən ciddi redaktə olunmuş, ədəbiyyat siyahısı yoxlanılmış məqalələr qəbul olunur.

Məqalələrin dərc edilməsi üçün ödəniş tələb olunmur.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2., “Azər-ilmə” Xalçaçılıq Mərkəzi

Tel: (+994 12) 465 17 52 (114)

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.