CƏMİYYƏT


Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların ümumi sayı 2 milyonu keçib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 66 min 10 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 36 min 942, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 29 min 68 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 146 min 350-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 34 min 554, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 111 min 796 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.