CƏMİYYƏT
Azərbaycanda bu gün koronavirusla bağlı 6 min 72 test aparılıb
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 72 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 232 min 77-yə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib. Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstə sayı 1220-yə bərabərdir. Xəstələrdən 44 nəfəri reanimasiyadadır ki, onlardan da 15-i süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, mayın 17-də Azərbaycanda koronavirusa daha 136 yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 3 min 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 min 15 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.