Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu yaradılması prioritet vəzifədir
Avtomobil yolu işçiləri peşə bayramlarını qeyd edirlər

Bakı, 22 fevral (AZƏRTAC, Ceyhun Rüstəmov). Sürətli və dinamik inkişaf yolunda inamla irəliləyən Azərbaycan hazırda regionun qüdrətli dövlətinə çevrilmişdir. Beynəlxalq aləmdə reytinqi getdikcə artan ölkəmizin siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların təməlində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici və daxili siyasət dayanır.

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, nəqliyyat-yol sektorunda da tənəzzülə son qoymuşdur. Ümummilli Lider bu sahənin ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək inkişafa yol açan islahatlar aparılmasını daim diqqətdə saxlayırdı. Məhz onun uzaqgörən siyasəti sayəsində sektorda əsaslı struktur dəyişiklikləri aparıldı. 1998-ci ildə avqustun 5-də Nəqliyyat Nazirliyi təsis edildi, 2003-cü il iyunun 23-də isə nazirliyin nəzdində “Yolnəqliyyatservis” Departamenti yaradıldı. Eyni zamanda, respublika və yerli əhəmiyyətli avtomobil yolları departamentin balansına götürüldü, onun tabeliyinə verilən yol istismar idarələrinin fəaliyyəti genişləndirildi. Beləliklə, nəqliyyat infrastrukturunun tərkib hissəsi olan yol təsərrüfatının inkişafında yeni mərhələ başlandı.

“Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” - Ulu Öndərin bu fikirləri onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyinin əyani sübutudur.

Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və davamlı tədbirlərin həyata keçirilməsi səciyyəvi xarakter almışdır. Ölkənin regionlarında, eləcə də paytaxt Bakıda vəziyyət kökündən dəyişmiş, dövlətimizin başçısının sərəncamları ilə ayrılan vəsaitlər nəqliyyat-yol infrastrukturunun dinamik inkişafına yol açmışdır. Bu istiqamətdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2007-ci il 22 fevral tarixli Sərəncamına əsasən, Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatı-hüquqi forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyində “Azəryolservis” ASC yaradılmışdır. Beləliklə, atılan addımlar, son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər infrastrukturun müasirləşdirilməsinə gətirib çıxarmışdır. Təsadüfi deyildir ki, məhz həmin Sərəncamın imzalandığı gün ölkədə avtomobil yolu işçilərinin peşə bayramı kimi qeyd edilir.

Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artmışdır. Konkret faktlara müraciət etsək, müqayisələr aparsaq bunu aydın şəkildə görə bilərik. Ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 kilometr təşkil edirdisə, 2013-cü ildə 19000 kilometrə çatdırılmışdır. Bunun da 17529 kilometri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin balansındadır.

Son 10 ildə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, ümumi gücü saatda 2240 tondan çox olan 33 asfalt beton zavod işə salınmışdır. 2003-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 kilometrə çatmış, 222 yeni körpü və yol ötürücüsü tikilmişdir.

Dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyu Bakıdan Gürcüstan sərhədinədək 513 kilometrlik hissəsində tikinti və yenidənqurma işləri uğurla davam etdirilir. İndiyədək magistralın 312,5 kilometrlik 2-ci texniki dərəcəli və 209 kilometrlik 1-ci texniki dərəcəli hissələri yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə, yolun 1-ci texniki dərəcəyə çatdırılması istiqamətində işlər davam etdirilir.

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ölkənin nəqliyyat-yol sistemində mühüm yer tutur və hərəkətin intensivliyi ilə seçilir. Uzunluğu 208 kilometr olan magistralın 6-16 kilometrlik hissəsi asfalt-beton, 16-134 kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulmuş, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılmışdır. Yolun Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 kilometr) tikintisi isə davam etdirilir.

Digər strateji əhəmiyyətli arterial nəqliyyat dəhlizi olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun 41,6 kilometrlik hissəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlıyadək olan hissəsi, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Hacıqabul-Bulaqlı hissələri istifadəyə verilmişdir.

Bundan əlavə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev qəsəbəsi-Sahil avtomobil yolunun yenidən qurulması üzrə işlərin 80 faizi görülmüşdür. Uzunluğu 41,4 kilometr olan bu yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin edəcək və hər iki istiqamətdə məsafəni 100 kilometrədək qısaldacaqdır.

Təsadüfi deyildir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Buna nail olmaq məqsədilə Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.

Prezident İlham Əliyev bölgələrə demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir. Bunun nəticəsi olaraq Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir.

Getdikcə müasirləşən, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakıda nəqliyyatın intensivliyinin artması küçə və yollarda kəskin tıxacların yaranmasına gətirib çıxarırdı. Təbii ki, bu ciddi problem də Prezident İlham Əliyevin diqqətindən yayınmadı. Dövlətimizin başçısı nəqliyyat tıxaclarının ən çox yarandığı yerlərdə vəziyyətlə tanış olduqdan sonra bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə geniş proqram hazırlanması barədə tapşırıq verdi. Beləliklə, Prezidentin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açdı.

Ötən illər ərzində paytaxtda 60-dan artıq yol ötürücüsünün, tunelin tikilməsi nəqliyyat sistemində gərginliyi xeyli azaltmaqla yanaşı, paytaxtın simasına da əlavə yaraşıq qatmışdır. Milli memarlıq ənənələri və müasir texnologiyalar əsasında inşa olunan, cəlbedici görkəmə malik bu qurğular nəqliyyat sahəsindəki məqsədyönlü siyasətin real nəticələridir.

Dövlətimizin başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncamlarına əsasən yeraltı və yerüstü piyada keçidlərinin tikintisi də geniş vüsət almışdır. Son bir neçə ildə Bakı şəhərindəki mövcud 10 piyada keçidi əsaslı təmir olunmuş, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilmişdir. Xüsusi zövqlə və dizaynla inşa edilən keçidlər piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, memarlıq tərtibatı baxımından da maraq doğurur.

Bu istiqamətdə görülən işlər paytaxtın mərkəzi hissəsi ilə yanaşı, Bakının ətraf qəsəbələrini də əhatə edir. Bakı şəhərinin və onun qəsəbələrinin nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, müvafiq dövlət proqramlarının icrası nəticəsində paytaxtın yol infrastrukturundakı problemlərin böyük hissəsi öz həllini tapmışdır. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində xidmət göstərilən yolların, prospekt və küçələrin ümumi uzunluğu 1525 kilometrdir. 2008-2013-cü illərdə paytaxtda yeni tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş yolların uzunluğu 703,3 kilometr təşkil edir. Onların sırasında Zabrat-Balaxanı-Mehdiabad-Binəqədi-Xırdalan, Zığ dairəsi-Hava limanı, Böyükşor dairəsi-Hava limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, şəhər şossesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissələri, Zabrat-Maştağa-Buzovna, Zığ dairəsi-Hava limanı avtomobil yolundan Qala qəsəbəsinə gedən yol, həmçinin bir sıra prospekt və küçələr vardır.

2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları yol infrastrukturunda da yeni layihələr həyata keçirilməsi zərurətini yaratmışdır. Bununla bağlı Nəqliyyat Nazirliyi tərəfindən nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı təsdiq edilmişdir. Belə ki, yol təsərrüfatı işçilərini qarşıda çox vacib və gərgin vəzifələr – yeni avtomobil yollarının inşası, yol qovşaqlarının, piyada keçidlərinin tikilməsi, bir sıra yolların əsaslı təmir olunması kimi mühüm işlər gözləyir.

Bir sözlə, bütün bunlar göstərir ki, zəngin potensiala malik Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır. Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Bu diqqət və qayğıya cavab olaraq yol təsərrüfatı işçiləri üzərlərinə düşən məsul vəzifələri uğurla yerinə yetirmək, qarşıya qoyulan hədəfə nail olmaq əzmindədirlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib