CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 155 yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 155 yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib. Aktiv xəstə sayı 2009 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6751, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 9 min 478 test aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.