CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 3712 yoluxma faktı qeydə alınıb, 1359 nəfər sağalıb

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3712 yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 109 min 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 69 min 931 nəfər müalicə olunaraq sağalıb, 1291 nəfər vəfat edib. Aktiv xəstə sayı 38591 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 682 min 234 test aparılıb. Bugünkü test sayı isə 16402-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.