CƏMİYYƏT


Azərbaycanda koronavirusa daha 548 nəfər yoluxub, 491 nəfər sağalıb

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 548 yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 22 min 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib. Aktiv xəstə sayı 8589 nəfərdir.

Ötən müddət ərzində 544 min 735 test aparılıb. Bugünkü test sayı isə 7505-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.