Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda elmi-praktiki konfrans keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Xəzər Universitetində Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 10-cu ildönümünə həsr olunmuş “Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd dövlətin miqrasiya siyasəti sahəsində həyata keçirilən tədbirlərin və aparılan işlərin cəmiyyətdə daha geniş təbliğ olunması, miqrasiya sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması və həmin mövzularda tədqiqat və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların cəlbi, həmçinin onların apardıqları elmi-tədqiqatların nəticələrinin müzakirəsinin təşkil edilməsidir.

Tədbirdə əvvəlcə DMX-nin keçdiyi inkişaf yolunu əks etdirən qısametrajlı film nümayiş olunub.

Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, siyasi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gündən-günə yüksəldiyini, bu istiqamətdə qazanılan uğurların həyatımızın bütün sahələrinin dinamik inkişafına əlverişli zəmin yaratdığını, ölkənin hərtərəfli inkişafının təzahürü kimi Azərbaycana gələn əcnəbilərin sayının ilbəil əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. O, Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, 10 il ərzində əldə edilən nailiyyətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Bildirib ki, bu gün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu və yaşadığı yer üzrə qeydiyyatı, ölkədə olma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə icazənin, haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun verilməsi məsələləri ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir və qanunsuz miqrasiyaya qarşı mübarizə aparır. Dövlət Miqrasiya Xidmətinin yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ-hüquqi aktlar qəbul edilib, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilib.

Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi məqsədilə imzalanmış müvafiq Fərmana əsasən 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılıb. Bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.

Qanunvericiliyin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanunu ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi qəbul edilib. Beynəlxalq təcrübə, Avropa İttifaqı qanunvericiliyi, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təklifləri nəzərə alınmaqla hazırlanmış Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi 2013-cü il avqustun 1-dən qüvvəyə minib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Sərəncama uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilib, daha sonra VMMS-nin “Giriş-Çıxış və Qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə və Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunub, həmçinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi ilə məlumat mübadiləsi yaradılıb.

Görülmüş işlərin nəticəsidir ki, bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olması, harada yaşaması, işləməsi və nə vaxt ölkəni tərk etməsi tam nəzarət altındadır.

Bununla belə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruriliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmana uyğun olaraq 2011-ci il 1 sentyabr tarixindən Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinə başlanılıb.

Hazırda Xidmət tərəfindən əhaliyə göstərilən 11 elektron xidmətdən hamısı “Elektron hökumət” portalına qoşulub.

2016-cı ildə Dövlət Miqrasiya Xidməti tərəfindən təyin olunmuş cərimələrin “ASANPAY” ödəniş sistemi vasitəsilə ödənilməsinə başlanıb. Bu da sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsinə imkan verir.

Vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, yaradılmış və Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində DMX tərəfindən bir neçə xidmət növü təqdim olunur.

Ölkədə miqrasiya sahəsində həyata keçirilən proseslərdə ictimaiyyətin fəallığının artırılması, bu sahədə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə 2015-ci ildə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura yaradılıb və vətəndaş cəmiyyəti ilə birgə sıx əməkdaşlıq təmin edilib.

Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən tədbirləri, görülən işləri yüksək qiymətləndirən BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Furio De Angeles Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından və qarşılıqlı fəaliyyətin gələcək perspektivlərindən danışıb.

BMqT-nin Azərbaycandakı nümayəndəsinin rəhbəri Serhan Aktoprak miqrantların hüquqlarının müdafiəsinin təmin olunması sahəsində Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq etdiklərini bildirib və keçirilən konfransın miqrasiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına və elmi işlərin sistemləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı elmi-praktiki konfransın ali təhsil ocağında keçirilməsindən məmnunluğunu ifadə edib. Miqrasiya Xidməti ilə əməkdaşlığın qurulmasında və möhkəmləndirilməsində konfransın əhəmiyyətindən danışıb, səslənən fikirlərin, aparılan müzakirələrin faydalı olacağını bildirib.

Sonra Xəzər Universitetinin miqrasiya araşdırmaları mərkəzinin təqdimatı olub.

Elmi-praktiki konfrans 3 mövzu - “Miqrasiya siyasəti və insan hüquqları”, “Qaçqınlar və sığınacaq axtaran şəxslərin beynəlxalq himayəsi” və “Qloballaşma dövründə miqrasiya prosesləri: çağırışlar və cavab tədbirləri” üzrə plenar iclaslarla davam etdirilib. Konfransda AMEA-nın, dövlət qurumlarının, ali təhsil ocaqlarının elmi fəaliyyətlə məşğul olan magistr, aspirant və alimlərinin təqdimatları və məruzələri dinlənilib, müzakirələr aparılıb.

Elmi-praktiki konfransın yekununda qətnamə qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO