MƏDƏNİYYƏT


Azərbaycanda onlayn formatda Böyük Britaniya film festivalı başlayır

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-dən fevralın 22-dək Azərbaycanda onlayn formatda Böyük Britaniya Film Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, "British Council" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə reallaşacaq.

Festival altıncı dəfə olmaqla "CoolConnections" incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçiriləcək. Bütün filmlər Azərbaycan dilində alt yazıların müşayiəti ilə ingilis dilində nümayiş etdiriləcək. Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat bu gündən başlayacaq.

Bu il 16 fərqli ilhamverici film: “Yırtıcı” (Ən yaxşı Böyük Britaniya Filmi kateqoriyasında BAFTA mükafatı namizədi), “Səma üçün” (Ən yaxşı sənədli film kateqoriyasında BAFTA mükafatı sahibi), “Kişilərlə üzmək”, “Sıxışdırılmış”, “Makiyaj”, “Rey və Liza”, “Mükəmməl onluq”, “Çəhrayı divar”, bundan əlavə, BAFTA ən yaxşı qısametrajlı film kateqoriyasında namizəd kimi, mükafata layiq görülmüş 8 qısametrajlı film nümayiş etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.