CƏMİYYƏT


Azərbaycanda ötən il 34093 nəfər qan dövranı sisteminin xəstəliklərindən dünyasını dəyişib

Bakı, 20 avqust, AZƏRTAC

Ötən il Azərbaycanda 56648 nəfər dünyasını dəyişib ki, bunlardan 31385 nəfəri şəhərlərin, 25263 nəfəri isə kəndlərin payına düşüb. 2010-cu ildən etibarən ölüm halları 1,1 dəfə artıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin “Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşrinə əsasən xəbər verir ki, 2016-cı ildə əmək qabiliyyətli 16506 nəfər dünyasını dəyişib ki, bu da əvvəlki illə müqayisədə 178 nəfər və ya 1,01 dəfə azdır. Ötən il 1 yaşadək uşaqlar arasında 1666, 5 yaşadək uşaqlar arasında 2092 və doğum zamanı analar arasında 22 ölüm halı qeydə alınıb. Buna baxmayaraq, əvvəlki illə müqayisədə ölüm hallarında azalma qeydə alınıb.

Ölüm səbəbi kimi əsas üstünlük qan dövranı sisteminin xəstəliklərində olub ( 34093 nəfər). Ən az ölüm halına isə dəri və dərialtı toxumanın xəstəliyi zamanı rast gəlinib (3 nəfər).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.