Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda pandemiya dövründə heç bir layihənin təxirə salınmaması insanların rifahının yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet olduğunu göstərir

Azərbaycanda pandemiya dövründə heç bir layihənin təxirə salınmaması insanların rifahının yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet olduğunu göstərir

Bakı, 28 iyul, AZƏRTAC

Dünyanın başı üzərini almış koronavirus pandemiyası öz fəsadlarını törətməkdə davam edir. Bir il 7 aydan artıqdır ki, dünya iqtisadiyyatına ciddi zərbələr vuran yoluxucu xəstəlik sanki insanlardan qisas almaq üçün yaranıb. Pandemiya başqa ölkələrin və iri şirkətlərin iqtisadiyyatına olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Amma buna baxmayaraq, dövlət başçımızın müəyyənləşdirdiyi siyasi kurs koronavirusun daha əhatəli fəsadlar törətməsinin qarşısını alıb. Əvvəlcədən nəzərdə tutulan sosial və infrastruktur layihələrin heç birinin icrası təxirə salınmayıb. Bu da insanların rifahının, həyat tərzinin yaxşılaşdırılmasının dövlətimizin prioritet istiqamətlərdən biri olduğunu göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə qeyd edib ki, pandemiyanın ən kəskin dövründə dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq regionlarda, həmçinin Bakıətrafı qəsəbələrdə reallaşdırılan sosial layihələrin açılışı, habelə yenilərinin təməlqoyma mərasimlərində iştirak edirlər. Qürurla deyə bilərəm ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və son illər bu layihələrin həcmi rekord həddə çatıb. Çoxlu sayda məcburi köçkün ailəsi, ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi, müharibə əlilləri, aztəminatlı ailələr və bu qəbildən olan digər insanlar dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunublar. Bununla yanaşı, yeni sənaye müəssisələri, istirahət mərkəzləri, eyni zamanda, idman obyektlərinin, yolların, içməli su və kanalizasiya xətlərinin istismara verilməsi də reallaşdırılıb.

Bu günlərdə dövlət başçımızın respublikamızın qərb bölgəsinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədən də bəlli oldu ki, pandemiya dövrünə təsadüf edən bu ilin altı ayının yekunları uğurlu olub. Yeri gəlmişkən, dövlətimizin başçısının pandemiya dövründə bölgələrə səfərləri mütəmadi xarakter alıb. Dövlətimizin başçısı qeyd etdi ki, son altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, iqtisadi inkişafa nail olmuşuq. Bunu faktlar da təsdiqləyir. Məsələn, altı ayın yekunları göstərir ki, iqtisadiyyatımız 2 faiz artıb. Halbuki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Sevindirici bir fakt da odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, çox böyük göstəricidir və həyata keçirilən işlərin təzahürüdür.

Dövlətimizin başçısı azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərindən söhbət açdı, bu istiqamətdə yeniliklərdən danışdı. Müntəzəm olaraq Azərbaycan ictimaiyyətinə görülən işlər barəsində məlumat verildiyini deyən ölkə başçısı görülən bütün işlərin xalq tərəfindən bəyənildiyini, dəstəkləndiyini bildirdi. Fərəhli haldır ki, o bölgələrdən olan insanlar – keçmiş məcburi köçkünlər bu layihələrin icrasında iştirak edir, onların rəyi mütləq nəzərə alınır. Müharibədən cəmi 8 ay keçməsinə baxmayaraq, çox böyük işlər görülüb və bu gün də davam etdirilir. Dövlətimizin başçısı, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmağın zəruriliyini diqqətə çatdırdı və bu sahədə işlərin davam etdirildiyini bildirdi.

Dövlətimizin başçısı, həmçinin ölkəmizin beynəlxalq qurumlarla fəal əməkdaşlığından, bir sıra hallarda həmin qurumlara uğurla sədrlik etməsindən də söhbət açdı. Diqqətə çatdırdı ki, məhz uğurlu sədrliyin nəticəsidir ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi üzv dövlətlərin müraciəti ilə daha bir il uzadıldı.

Azərbaycan bütün mötəbər qurumlarla sıx əməkdaşlıq edir. Bu günlərdə ölkəmizə işgüzar səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşün nəticələri barədə sualı cavablandıran möhtərəm Prezidentimiz bu səfəri yüksək qiymətləndirdiyni bildirdi. Bu, Avropa İttifaqı-Azərbaycan siyasi əlaqələrinin inkişafına xidmət göstərən bir səfərdir. Ölkə başçısı Avropa İttifaqına çoxsaylı səfərlərini xatırlatdı. Eyni zamanda, Avropa İttifaqının rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər ediblər. İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tuskun Azərbaycanda səfərə gəldiyini xatırladan bundan iki il sonra yeni sədr cənab Şarl Mişelin də Azərbaycana səfərini ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu kimi dəyərləndirdi. Azərbaycanda əməkdaşlıq üçün çox gözəl zəmin yaradılıb. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Bakıda olarkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini işlətmədiyini xatırlatdı. Dedi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin.

Vətən müharibəsinin başa çatmasından artıq 8 ay ötüb. Postmünaqişə dövründəki vəziyyətlə bağlı fikirlərini bildirən respublikamızın rəhbəri bütün görülən işləri müsbət qiymətləndirdi. Çünki biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Bir məsələni də qeyd etməliyəm ki, mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki bu, hələ tezdir. Ancaq biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq və deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir. Çünki postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi.

Etiraf edək ki, müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bu məsələləri dövlətimizin başçısı da müsahibəsində diqqətə çatdırdı və bütün bunları anti-Azərbaycan ssenarisinin tərkib hissəsi adlandırdı.

Postmüharibə dövrü barədə məlumat verən ölkə rəhbəri dedi ki, biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb. Hər bir addımın düşünülmüş proqram üzərində olduğunu vurğulayan Prezident İlham Əliyev postmüharibə dövrü haqqında atılacaq addımlar haqqında hələ müharibə zamanı fikirləşdiyini bildirdi. Dedi ki, qələbə çalacağımıza tam əmin idik.

Postmüharibə dövründə diplomatik müstəvidə də düşünülmüş addımlar atılıb. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr - Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı - bütün bu təmaslar müsbət məcrada inkişaf edir. Artıq siyasi leksikonumuza “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, hətta dünyanın aparıcı kütləvi informasiya vasitələri də Zəngəzur dəhlizi haqqında yazırlar.

Dövlətimizin başçısı sülh müqaviləsindən də söhbət açdı. Bu barədə Ermənistana gündəlik göndərildiyini diqqətə çatdıraraq dedi: “Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO