REGİONLAR


Azərbaycanda payızlıq əkin sahələrinin 77,3 faizində şum başa çatıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 1096294 hektar sahədə payızlıq şum proqnozlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 7-dək 847586 hektar sahədə şum aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 438766 hektar çoxdur. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 77,3 faizi şumlanıb.

Ağcabədi, Ağstafa, Füzuli, Qobustan, Oğuz, Salyan və Yevlax rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb, İmişli (94,3%), Astara (93,9%), Xocavənd (93,5%), Şəmkir (91,8%), Qəbələ (91,5%) və Sabirabad (90,6%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.