İQTİSADİYYAT
Azərbaycandan daşınan tranzit yük axınlarının davamlılığının təmin olunması müzakirə edilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, R.Quluzadə COVID-19 pandemiyası şəraitində, cari il aprelin 30-da TDƏŞ-ə üzv dövlətlərin Nəqliyyat nazirlərinin iştirakı ilə keçirilmiş videokonfransda qaldırılan məsələlərin həlli istiqamətində ölkəmiz tərəfindən görülən tədbirlər barədə məlumat verib.
Görüş zamanı Nəqliyyat nazirlərinin videokonfransının nəticəsi olaraq pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistika əməliyyatlarının effektiv əlaqələndirilməsi üçün yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurasının iclasının keçirilməsi müzakirə olunub. Həmçinin Azərbaycan üzərindən daşınan tranzit yük axınlarının davamlılığının təmin edilməsi, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin həyata keçirilməsi, startap hərəkatının genişləndirilməsi, o cümlədən TDƏŞ çərçivəsində startapların inkişaf etdirilməsi üzrə birgə işin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.