SİYASƏT
Azərbaycanın Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Anıtqəbri ziyarət edib




Ankara, 18 fevral, AZƏRTAC
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-də Anıtqəbri ziyarət edib və Atatürkün məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, Baş nazir Anıtqəbir muzeyi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara