SİYASƏT


Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib

London, 24 oktyabr, AZƏRTAC

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Ermənistanın Azərbaycana qarşı davam edən növbəti təcavüz aktı və onun nəticələri ilə bağlı növbəti videobrifinq keçirib. Onlayn brifinqdə Britaniyanın aparıcı KİV-ləri ilə yanaşı, bu ölkədə yerləşən və münaqişələr üzrə ixtisaslaşan “RUSI”, “International Alert” və digər təşkilatların ekspertləri, eləcə də Britaniya Parlamentinin Lordlar və İcmalar Palatalarının üzvləri iştirak ediblər.

Brifinq zamanı səfir oktyabrın 18-də tərəflər arasında razılaşdırılan növbəti humanitar atəşkəsə baxmayaraq, Ermənistanın durmadan Azərbaycanın münaqişə zonasından kənarda yerləşən şəhərlərini, dinc əhali və infrastrukturu hədəfə alması, oktyabrın 17-də Gəncə şəhərinə SCUD raket zərbəsi endirməsi, eləcə də münaqişə ətrafında yaranmış ən son vəziyyət barədə ətraflı məlumat verib.

Daha sonra səfir Tahir Tağızadə brifinqdə iştirak edən jurnalist, ekspert və parlamentarilərin “Azərbaycan Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinə verməyi nəzərdən keçirirmi”, “İranın son hadisələrlə bağlı mövqeyi nədən ibarətdir”, “Mülki tələfatın az olması üçün Azərbaycan hansı addımları atır”, “Azərbaycanda əhali arasında müharibənin uzanmasına münasibət necədir” və digər suallarını cavablandırıb.

Brifinqdə iştirak edən Lordlar Palatasının üzvü Lord Şeyx, eləcə də Britaniya Parlamentində Azərbaycan üzrə Qrupun sədri, İcmalar Palatasının deputatı Bob Bləkmən birmənalı olaraq bildiriblər ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın ərazisidir və münaqişənin həlli üzrə səylərin əsasında məhz bu dayanmalıdır. Hər iki deputat Britaniya parlamenti daxilində münaqişə ətrafında yaranmış vəziyyətlə əlaqədar apardıqları məlumatlandırma işləri ilə bağlı geniş məlumat verib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.