İQTİSADİYYAT


Azərbaycanın “Doing Business” hesabatında yenidən irəliləməsi gözlənilir

Bakı, 20 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar çərçivəsində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupları intensiv fəaliyyət göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq işçi qrupları islahatların icrası və kommunikasiya planlarının həyata keçirilməsini təmin edirlər. Xüsusən “Doing Business” hesabatının bütün indikatorları üzrə islahatların uğurla həyata keçirilməsi müşahidə edilir. Prezident İlham Əliyevin fərman və sərəncamları əsasında son aylar ərzində təkcə “Doing Business” hesabatı üzrə 20-dən artıq islahatın həyata keçirilməsi təmin edilib. Ölkə başçısının siyasəti nəticəsində dünyada “ən islahatçı ölkə” statusuna yüksələn Azərbaycanın növbəti ildə də bu statusu qoruması gözlənilir. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə birpəncərə, biznesə başlama, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılır.

İİTKM əldə olunan nailiyyətləri “İslahat İcmalı”nın xüsusi buraxılışları ilə həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

İqtisadi islahatların kommunikasiyası çərçivəsində dövlət qurumları ilə yanaşı, beynəlxalq təşkilatlar, sahibkarlar və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təkcə bu ilin əvvəlində 50-dən çox tədbir keçirilib.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.