ELM VƏ TƏHSİL
Azərbaycanın Gürcüstandakı səfiri Marneulidə azərbaycandilli məktəbdə olub
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 16-da Marneuli rayonunun Sadaxlı kəndində 2 nömrəli ictimai məktəbdə olub.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Adil Şərifov səfiri bu təhsil ocağının tarixi, imkanları barədə məlumatlandırıb. Bildirib ki, 1968-ci ildə istifadəyə verilən məktəbdə 10 sinif otağı olub. Bu gün isə otaqların sayı 35-dir. Məktəbin binası bu il daxili imkanlar hesabına təmir olunub. Bu gün məktəbdə 900 şagird təhsil alır. Onların təhsili ilə 81 müəllim məşğul olur.
Səfir Dursun Həsənov məktəbin müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Diplomat Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb, ölkələrimiz arasında dostluq əlaqələrinin bugünkü səviyyəsini xüsusi qeyd edib.
Dursun Həsənov məktəb direktoru ilə söhbət edib, təhsil ocağının qayğıları ilə maraqlanıb.
Səfir məktəb kollektivi və şagirdlər ilə xatirə şəkli çəkdirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi