CƏMİYYƏT
Azərbaycanın Türkiyədəki səfirliyində iftar mərasimi təşkil edilib
Ankara, 17 iyun, АZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyində iftar mərasimi təşkil edilib.
Mərasimdə Türkiyənin Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbirdə bəzi ölkələrin səfirləri ötən ay Bakıda keçirilən IV Islam Həmrəyliyi Oyunlarını izləmək üçün ölkəmizdə səfərdə olduqlarını bildirib, Bakının gözəlliyi, Oyunların yüksək səviyyədə təşkili ilə, göstərilən yüksək qonaqpərvərliklə bağlı təəssüratlarını bölüşüblər. Həmçinin Azərbaycanda dini-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində atılan addımlar yüksək qiymətləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara