SİYASƏT


Azərbaycanın Xarici İşlər naziri Vaşınqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bakı, 24 oktyabr, AZƏRTAC

Vaşinqtona səfəri çərçivəsində oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Ermənistan tərəfinin iki dəfə humanitar atəşkəsi pozduğunu, azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutduğunu və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyduğunu qeyd edib. Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb.

Vurğulanıb ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.